Bakıda tıxac zamanı Nigar Camala hücum edən şəxs tutulub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, “99 RJ 449” dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilin sürücüsü saxlanılıb. Onun barəsində araşdırmaya başlanılıb.
Daha öncə paytaxt ərazisində naməlum şəxsin müğənni Nigar Camalın avtomobilinin qarşısında qəfil manevrlər etməyə başlaması, sonra ona hücum etməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılmışdır.
[video width="1080" height="1350" mp4="https://bakuplus.az/storage/photos/2023/02/10000000_1388328841967683_4606418620600198659_n.mp4"][/video]