Ağır qəzaya düşən blogerin atası oğlu barədə danışıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Tanınmış nevropatoloq Nafiz Mütəllimov oğlunun hazırda reanimasiyada olduğunu bildirib.
“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-in altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!” – deyə o qeyd edib.
Bundan əlavə, qəza zamanı avtomobildə 2 nəfərin olduğu məlum olub. Fəxri Rüstəmov kömək etmək istəyən zaman xəsarət alıbmış. DYP əməkdaşı isə yolu tənzimləyən zaman başqa avtomobil tərəfindən vurulub.
Hadisə ilə bağlı cinayət işi açılıb.