Bloger “Nikosayağı”nın atası oğlunun son durumu haqda məlumat verib. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nafiz Mütəllimovun sözlərinə görə, Nicat hazırda evdə müəlicə alır.
“Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir”, – deyə o bildirib.
Həmçinin tanınmış nevropatoloq mediaya açıqlama verilməyinə ehtiyac olmadığını deyib. O, bunun oğlunun vəziyyətini daha da çətinləşdirə biləcəyini əlavə edib.
Cari ilin 15 avqust tarixində tanınmış bloger Nicat Şakirli ağır yol qəzasına düşmüşdü. Nəticədə onun dostu ölmüş, blogerin isə qolu amputasiya olunmuşdu.