“Nikosayağı” kimi tanınan Nicat Mütəllimovun son durumu açıqlanıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nicat Şakirlinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam edir. Onun vəziyyəti stabil olaraq qalır. Hal-hazırda o, həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir.
Sağ qolu dirsəkdən aşağı amputasiya olunan blogerin sosial şəbəkələrdə xəstəxanadan ilk görüntüsü də yayılıb.
“Nikosayağı” adı ilə tanınan bloger 15 avqust tarixində ağır yol qəzasına uğrayıb.