“Nikosayağı”nın törətdiyi qəzada ölən gənc dəfn olunub. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
27 yaşlı Ruslan Məmmədov bu gün Gəncədə torpağa tapşırılıb. Onun dəfn mərasimi 1 gün gecikdirilib. Buna səbəb mərhumun anasının Rusiyadan gəlməsi olub.
15 avqust gecə saatlarında “Nikosayağı” kimi tanın bloger ağır qəza törədib. Nəticədə avtomobildə olan R.Məmmədov hadisə yerində dünyasını dəyişib.
[caption id="attachment_109643" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]