Bu gün, 15 noyabr tarixində Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır. Bu haqda APA məlumat verib.
Festival çərçivəsində noyabrın 26-dək Bakı və Gəncə şəhərlərində müxtəlif tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri nəzərdə tutulub.
Beynəlxalq festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.