top
Nizami rayonu sakinləri “Orbita” MTK-dan şikayətçidirlər – İDDİA
04 aprel 2025, 07:00
- ↺ +

Nizami rayonu sakinləri “Orbita” MTK-dan şikayətçidirlər – İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nizami rayonu, Ordubadi küçəsi 7 ünvanında yaşayan sakinlər “Orbita” MTK-dan şikayətçidirlər.

9-cu mənzilin sahibi Vaqif Musazadə Bakuplus.az-ın redaksiyasına ünvanladığı şikayətdə özünün və digər iki qonşusunun (Vəkil İbrahimov və Mübariz Şəmiyev) evlərinin plana düşdüyünü iddia edir.

“Orbita” MTK-a bizimlə razılığa gəlmir, əlavə vəsait ödəmir. Yalnız həmin ərazidən sahəsi mənzilimizdən daha az olan ev ilə təmin edəcəklər. Məhkəmədə MTK-nın saxta iddiasına görə uduzmuşuq. Onlar məhkəməyə bizim yaşadığımız mənzillərin vaxtı ilə yataqxana olduğunu deyiblər. Bizim isə bütün sənədlərimiz qaydasındadır. Sənəddə belə bir şey qeyd olunmayıb. Bu qədər saxtakarlıq olmaz. 1991-ci ildən mən burada yaşayıram. Mənim 5 otaqlı mənzilim var. Bununla yanaşı əlavə həyətyanı sahəm var. Lakin onlar mənə 98 kvadrat metr ev verirlər. Bura sovetlərin dövründə Lampa zavodunun nəzdində uşaq bağçası olub. Qanuni şəkildə ev növbəsində olan insanlara veriblər”.

V.Musazadə sonda Rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin MTK-ya icarəyə verildiyini bildirib:

“Sonradan bilmişik ki, İcra Hakimiyyəti evimizi bizimlə razılaşma olmadan MTK-ya 49 illiyinə icarəyə verib”.

Bakuplus.az qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb.

Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov bildirib ki, sözügedən mənzillər yataqxana balansında olan bağçanın yerində tikib:

“Tək elə Ordubadi küçəsi 7-nin özündə 33 sakin olub. 30-u köçüb. Üç sakin qalıb. İki ildir ki, tikinti şirkəti ilə sakinlər arasında məhkəmə gedir. Məhkəmə də qanunauyğun qətnamə çıxarır. Köçürmələri ilə bağlı məhkəmə qərarı icraata verilib. Binanı üç nəfərə görə tikə bilmirik. Tikinti gecikir. Ali məhkəmənin isə qərarı var. Torpaq dövlətindir, onların deyil. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı mövcuddur. Bunlar müasir tələbələrə cavab verməyən binalardır”.

Nəzrin Vahid 

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Oxşar xəbərlər