Şəxsiyyəti müəyyənləşən itkin şəhidlər sabah dəfn olunacaqlar. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. Onlardan biri – Gülalı Dadaşov Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
G.Dadaşov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.
Elşad Qayımov Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Asim Səfərov Qəbələ rayonunun Qəmərvan kəndində, Vüqar Həsənov isə Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaqlar.