Paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2 ünvanında suşi istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlama zamanı obyektdə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, havalandırma sisteminin olmadığı, işçi heyəti üçün geyinmə otağının təşkil edilmədiyi məlum olub.
Faktla bağlı müəssisə nəzarətə götürülüb, rəhbərliyə müvafiq göstərişlər verilib.
Qurum bu kimi monitorinqləri davam etdirəcəyini bildirib.