top
Novruzun məşhur kosası: “Bizə çatanda pul qurtarır” - ÖZƏL MÜSAHİBƏ
20 mart 2025, 03:06
- ↺ +

Novruzun məşhur kosası: “Bizə çatanda pul qurtarır” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

Bakuplus.az Novruz bayramının, Baharın gəlişinin carçılarından biri olan Kosa ilə, daha dəqiq desək, Qafar Novruzlu ilə həmsöhbət olub.
Onunla müsahibəni təqdim edirik.

- Qafar müəllim, öncə oxucularımız üçün özünüz haqqında məlumat verərdiniz.

- Qafar Novruzlu. 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşam. Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişəm.

- Uzun illərdir ki, çox tanınır, rəsmi tədbirlərdə çıxış edirsiniz. Maraqlıdır, Kosa obrazını oynamağa neçə yaşınızdan başlamısınız? Necə oldu ki, bu qərarı verdiniz?

- Artıq 35 ildən çoxdur ki, “kosa” obrazı ilə bayramlarda insanların üzündə gülüş yaratmağa çalışıram.
Tar ifaçısı idim. Bir gün elə oldu ki, tədbirlərin birinə Kosa gələ bilmədi. Kosanın paltarını geyinib, rolu mən oynadım. Onsuz da incəsənətə çox meylli idim. Bu təklif də mənə göydəndüşmə oldu. Bununla da illərin tanınan kosası oldum. Daha sonra televiziyalara, dövlət tədbirlərinə dəvət aldım. İlk çıxışım 1990-cı ildə Azərbaycan Televiziyasının efirində baş tutub. Məni diqqətlə izləyib, istedadımı kəşf etdilər. O zaman Milli Şura mənim barədə müsbət rəy verdi. 1997-ci ildə tədbirdə Ulu Öndər Heydər Əliyev mənimlə yumurta döyüşdürdü.

- Sizcə, keçmişə nəzərən bu gün kosalıq ənənəsi necə dəyişib?

- Mən insanları çox müşahidə edən adamam. Amma təəssüf ki, bu gün mən onların üzündə illər əvvəlki xoş təbəssümü görmürəm. Bizim vaxtımızda fevral ayı girən kimi Novruza hazırlıq başlayırdı. Evlərdə şirniyyatlar bişərdi, qonşular bir-birinə pay verərdi. İndi insanların çoxu gedir mağazadan ailə üzvlərinin sayına görə şəkərbura, paxlava, qoğal alıb gəlir. İki qab qoyur, bir səməni qoyur ortaya, olur bayram süfrəsi. “Azdrama”nın yanından faytonla gəlirdik, xalq kosa-keçəl görəndə çoşqu ilə qarşılayırdı. Hamımız bayram ab-havasında idik. Yaxınlaşırdılar, şəkil çəkdirirdilər, insanlar bir-birinə evdə bişən şirniyyatlardan pay verirdilər.

- Bu dəyişikliyin səbəbini nədə görürsünüz?

- Vallah, televiziyalar, ictimaiyyət adamları folklorumuzu, milli bayramımızı, adət-ənənəni cəmiyyətə təbliğ etmək yerinə yaddaşlardan silirlər. Hansı kanalı açırsan, eyni müğənniləri görürsən. Bir mahnını kanal-kanal gəzib oxuyurlar, maariflənmə yox, faydalılıq yox. Hər birinin də yarım saat verilişdə qonaq olmağına nə qədər pul ayrılır. Olar, bu da lazımdır, amma ildə bir dəfə olan bayramdır, bizi də yada salın da.

- Bəs siz bütün tədbirlərə təmənnasız gedirsiniz?

- Dövlət tədbirlərinə bəli, təmənnasız gedirik. Televiziyalardan asılıdır, kim necə bayramlaşırsa, bayramlaşır. Amma zarafat bir kənara, sənətə, sənətçiyə qiymət vermirlər. Bayramla əlaqədar hər yerə müğənnilər dəvət olunur, bir mahnı diskini götürüb kanal-kanal gəzirlər. Ən az bəyənilən müğənninin verilişə gəlməsinə də olsun-olmasın 500-1000 manat pul verirlər. Bizi dəvət edəndə deyirlər ki, pul yoxdur, baxın da, gəlirsiniz, gəlin. Bir-iki dəfə demişəm ki, əziyyət çəkmişəm, bu qədər hazırlıq, geyimlər, maşın sürüb gəlmişəm. Heç olmasa yanacaq pulunu verə bilərsiniz, ya maşın göndərə bilərsiniz. Onu deyəndə də pul istəyirik kimi çıxır. Ay qardaş, bəs bu da bizim işimizdir də. Siz işinizi havayı görürsünüz? Gəlməyəndə də öz işçilərindən birini Keçəl, birini kosa Edirlər, bayağı bir səhnə hazırlayıb bayram efiri çəkirlər. İmkan vermirlər ki, xalqa Novruzun tarixindən danışaq, gəncləri bir az maarifləndirək. Ancaq müğənni, müğənni, müğənni… Hamını müğənni edəcəksiniz? Reklam üçün bu kanaldan çıxıb digərinə gedirlər. Oxuduqları mahnıların sözlərində də, məzmununda da maariflənmə yox, mədəniyyət yox. Çoxlarının da səhnə qabiliyyəti, danışıq qabiliyyəti yoxdur. Xalq baxır, uşaqlar, gənclər, yeniyetmələr, yaşlılar baxır axı. Ayıb deyil?
Mənə reklam lazım deyil, adımla, sənətimlə 35 ildir mən öz reklamımı da etmişəm, möhürümü də qoymuşam. İldə bir dəfə olan bayramdır, müğənnilərə ayırdığınız pulu ildə bir dəfə də kosa-keçələ ayırın da, olmaz? Verilişlər bir işə, reklama görə 10 000-15 000 manat pul götürürlər. Heç kim uşaq deyil axı.

- Kosanın simvolik mənası nədir və Novruz mərasimində hansı funksiyanı yerinə yetirir? 

- Özüm 35 ildir ki, səhnədəyəm. 30 ildir də Keçəlim (Vaqif İbrahimov) yanımdadır. Bu obraz Kosa paltarını geyinib “Ay kos-kosa gəlsənə” deməklə bitmir. Kosa və Keçəl qış və yazın rəmzidir. Onlar səhnədə boğuşurlar, qış yerini yaza vermək istəmir. Sonda keçi obrazı var ki, göstərə bilmirik. Keçi gəlib qışı vuraraq yıxır.

- Novruz bayramının gələcək nəsillərə ötürülməsi üçün hansı addımlar atılmalıdır?

- Kosalıq obrazı, Novruz bayramının qədim adət-ənənələri gənc nəslə təbliğ edilməlidir. Çox qədim bayramımızdır. Zərdüştlükdən bu günə qədər gəlib çıxır. Novruz sözünün mənası yeni ilin başlanğıcı deməkdir. Televiziyalarda ancaq bayağı verilişlər gedir. Xalqa lazım olan məlumatlar aşılanmır. Uşaqlara ən çox ilaxır çərşənbədən, adət-ənənəmizdən sual verirəm. Keçən səfər dedim ki, bir dənə Milli Qəhrəmanımızın adını çəkin, hədiyyə verəcəm. İnanırsınız ki, hamı susdu. Çox dəhşətli vəziyyətdir.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər