Bakının Binəqədi rayonu, Novxanı çimərliyi ərazisində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 1 oktyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə istinadən Bakuplus.az məlumat verir.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qırmızı Ürəklər Fondu (Red Hearts Foundation) könüllülərinin və məktəblilərin iştirakı ilə "Təmiz mühit, təmiz gələcək" şüarı altında 1 hektara yaxın sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Novxanı çimərliyində keçirilən tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, məişət tullantılarına qarşı mübarizə və bununla bağlı ictimaiyyətin maarifləndirilməsidir.
[caption id="attachment_72478" align="alignnone" width="640"]
Foto Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]