“Kanal13" internet televiziyasının rəhbərləri barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Əziz Orucov və Şamo Emin barəsində seçilən həbs müddəti daha 1 ay uzadılıb.
Daha öncə onlar 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.