Bakıda 3 may tarixində intihar edərək binadan atılan məktəblini xilas etməyə çalışan Zahid Niyazovun səhhəti stabilləşir. Bu haqda bu gün, 11 may tarixində Oxu.az məlumat verib.
Onun Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.
Daha öncə məlum olmuşdur ki, 38 yaşlı Zahid Niyazov sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdir. Zahid Niyazova ilkin tibbi yardım göstərildikdən sonra o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.