Həbsdə olan Fövqəladə Hallar Nazirliyinin sabiq polkovniki kassasiya şikayəti verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası 1 may tarixinə təyin edilib. O, 3 il ay müddətinə azadlıqdan məhrum edilmişdi.