"Qadın qadın olsa yaxşıdır. Feminizm, qadın azadlığı mənə çatmır".
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli Kulis.az-a müsahibəsində deyib.
O bildirib ki, özbaşınalıq xaos deməkdir: "Pis məsəl var, ölünü özbaşına qoysan, nə olar? Heç kim özbaşına olmamalıdır. Özbaşınalıq xaos deməkdir. Azadlığı xaosa çevirmək olmaz. Hər şey çərçivədə gözəldir, hətta azadlıq belə. Kənardan çirkin görünən bir şey mənim xoşuma gələ bilməz. Kişi də, qadın da azad fikirli olmalıdır, amma çərçivədə. Nizami Gəncəvi deyib: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Azadlıq artıq olanda xaos, özbaşınalıq, tərbiyəsizlik, mental dəyərləri itirmək deməkdir. Azadlıq gözəl şeydir, o da çərçivədə".