Dələduzluq adı ilə vətəndaşdan külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, naməlum şəxslər bir nəfər xanımdan investiya adı ilə bank kartı məlumatlarını alıblar. Daha sonra bank hesabından 50.000 AZN pul oğurlayıblar. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb.
Bundan əlavə, 2 avqust tarixində ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 olmaqla ümumilikdə 21.850 AZN pul vəsaitləri bank kartlarından oğurlanıb.