Oğuz-Qəbələ-Bakı su kəməri tam doldurulub.
Bakuplus.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, əmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin doldurulması başa çatdırılıb.
“Bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır”, - deyə qurum qeyd edib.