top
Ölkəmizdə dərmanlara tələbat həqiqətənmi artıb? – ÖZƏL AÇIQLAMA
03 aprel 2025, 07:05
- ↺ +

Ölkəmizdə dərmanlara tələbat həqiqətənmi artıb? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib.

Bu barədə Tarif Şurasının ötən gün keçirilən iclasında qərara baxılıb.

Həmçinin 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Qərar aprelin 5-dən qüvvəyə minir.

Bunu ölkəmizdə dərmana olan tələbat ilə əlaqələndirirlər.

Bəs, görəsən, ölkədə dərmanlara tələbat həqiqətənmi artıb?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyevin sözlərinə görə, qiymət dəyişkənliyin bir səbəbi ölkəmizdə dərmana olan tələbat ilə bağlıdır:

“Dərmanlara olan ehtiyac çoxalıb. Bu, yaşadığımız mühit, ekoloji narazılıqlar, keyfiyyətsiz su, qida, müəyyən gərginliklər ilə bağlıdır. Bununla yanaşı həkimsiz dərman alanlar da var. Bunlar hamısı dərmana olan tələbatı artırır.

Tarif Şurasının qiymətlərə müdaxilə etməsi çox normaldır. Çünki dərmanların əksəriyyəti xaricdən gətirilir. Onların da bəzən keyfiyyətsiz olduğu ortaya çıxır. Xaricdən gətirilən dərmanlar bizim Tibbi Ekspertiza Şurasından keçməlidir”.

A.Əliyev qeyd edib ki, Azərbaycanda yerli dərmanların istehsalına başlanmalıdır:

“Bizim öz zavodlarımız açılmalı, yerli dərmanların istehsalına başlanmalıdır. Lakin hələlik biz xaricdən asılıyıq. Tarif Şurası müdaxilə etməsə, özbaşınalıq olar”.

“Hətta deyərdim ki, Azərbaycanda Farmakologiya Elmi Tədqiqat İnstitutu açılsın. Burada yeni dərmanlar hazırlanmalıdır. Olsa, biz özümüz dərmanları öyrənməyə başlayarıq. Alimlərimiz də var.

Artıq elektron reseptlər mövcuddur. Onlara kodla daxil olmaq, dərmanlar haqqında daha geniş məlumat almaq mümkündür”, - deyə A.Əliyev əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Oxşar xəbərlər