Omanın loukoster (aşağı büdcəli) aviaşirkəti SalamAir bu il Bakıya uçuşlar planlaşdırır. Bu haqda bu gün, 24 yanvar tarixində Report şirkətin baş direktoru Məhəmməd Əhmədə istinadən məlumat verib.
Məhəmməd Əhməd bildirib ki, SalamAir fevral ayında yeni Airbus A321 alacaq. Beləliklə, şirkətin aviaparkında müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyi planlaşdıran 8 təyyarə olacaq. Bu yeni istiqamətlərə Bakı (Azərbaycan), Sarayevo (Bosniya və Herseqovina), Oş və Bişkek (Qırğızıstan) və Trabzon (Türkiyə) daxildirlər.
Həmçinin o qeyd edib ki, 2021-ci il ərzində SalamAir 71% doluluqla 9,2 min uçuş həyata keçirib. Həmin il aviaşirkət 1 milyondan çox sərnişin daşıyıb.