Ötən gün paytaxtda operator Rüfət Kərimov dünyasını dəyişib. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Ölkə.az-a istinadən xəbər verir.
Operatorun ölüm səbəbi uzun illər ürəyindəki problem olub.
Kərimov 1978-ci ildə Bakıda anadan olub.
O, müxtəlif televiziya kanallarında operator vəzifasində çalışıb. R.Kərimov "Ömrün sarı rəngi", "Katarsis" "Arif Babayev", "Səhra gülü", "Ömrün simfoniyası" və xeyli sayda qısametrajlı filmlərin operatoru olub.
Kərimovun axırıncı iş yeri Bakı Media Mərkəzi idi.