Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb. Müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.
Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.