Fransa aviaşirkətinin təyyarəsi Bakıya qəzalı eniş edib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Air France" şirkətinin Osaka-Paris reysi ilə uçan "Boeing 777" sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməli olub. Enişin səbəbi hava nəqliyyatının göyərtəsində yaranan tüstü olub.
Təyyarədə olan 280 sərnişin təxliyə edilib. Xəsarət alan olmayıb.
Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.