top
Övladlarımız bizim malımız deyil - Xalq artisti
14 aprel 2026, 11:33
- ↺ +

"Övladlarımız bizim malımız deyil" - Xalq artisti

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Övladlarımız peşələrini özləri seçiblər. Biz həyat yoldaşımla bunu yaşadıq. Mən çox istədim ki, böyük oğlumuz mühəndis olsun. Getdi oxumağa, 3–4 il təhsil də aldı, amma sonradan dəyişdi. Dedi ki, "ata, mən bunu istəmirəm, bu sizin seçiminiz idi". 

Bu sözləri Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Xalq artisti, "Şöhrət" ordenli dirijor Yalçın Adıgözəlov qafqazinfo.az-a müsahibəsi zamanı deyib. 

Xalq artisti bildirib ki, üç övladından yalnız ən kiçiyi musiqi sənətinə maraq göstərir, digərləri isə fərqli sahələri seçib: 

"Böyük oğlum sonradan başqa universitetə qəbul oldu, bitirdi və çalışır. Qızım istəyirdi ki, həkim olsun. Çünki hər ailəyə bir həkim lazımdır. Bilirsiniz ki, mənim qardaşım da həkimdir. Anam tərəfdən qohumlarımızın yarısı dilçi, yarısı isə həkimdir. Qızımız düz 5 il həkimlik oxudu. Amma 5 ildən sonra dedi ki, "mən istəmirəm". O da başqa universitetə getdi, oxudu və hazırda öz seçdiyi peşədə çalışır.

Demək istəyirəm ki, övladlarımız bizim malımız deyil. Bu, bəlkə, bir az kobud səslənir, amma biz onlara sahib deyilik. Peşə seçiminə də sahib deyilik. Mən heç kiçik oğlum Tamerlana da basqı yaratmadım. Özü istədi və dedi ki, "ata, mənə imkan ver, xoşum gəlir, məşğul olmaq istəyirəm". Mən də bir tərəfdən istəyirəm. Çünki davam etsə, dördüncü nəsil olacaq. Sözün düzü, başqa tərəfdən də könlüm ağrıyır. Çünki bilirəm ki, nələrdən keçməlidir. 66 yaşım var, mən hələ də o əzablı yolları davam edirəm". 

Y. Adıgözəlov musiqi sahəsindəki haqsızlıqlardan da danışıb. Onun sözlərinə görə, hər yerdə olduğu kimi sənət aləmində də haqsızlıqlar var: 
"Dəyərli insanları qoruyub saxlaya bilmirik, onlara lazımi qiyməti verə bilmirik. Bəzən isə bu sahəyə təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar. Azərbaycanda belə şeylər olmamalıdır. Burada yaşamayan, xalqını, millətini, musiqisinin incəliklərini bilməyən insanlar bu sahəyə rəhbərlik edə bilməz, bu mənim fikrimdir".

 

Son xəbərlər

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Oxşar xəbərlər