top
Paşinyan canlı efirdə erməni əhalisinə müraciət edib – CANLI
21 sentyabr 2023, 07:33
- ↺ +

Paşinyan canlı efirdə erməni əhalisinə müraciət edib – CANLI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə əhaliyə müraciət edib. Bu haqda bu gün, 21 sentybar tarixində Bakuplus.az məlumat verir.

Baş nazir Qarabağda dinc əhali arasında kütləvi itkilərin olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib. O əlavə edib ki, Ermənistan hakimiyyətinin məlumatına görə, Qarabağın dinc əhalisi üçün heç bir təhlükə yoxdur.

"Ermənistanda 40 minə yaxın ailənin yerləşdirilməsi üçün işlər gedir, lakin biz bu barədə danışmaq istəmirik, çünki hesab edirik ki, Qarabağ erməniləri öz vətənlərində layiqli və təhlükəsiz şəraitdə yaşamalıdırlar", – Paşinyan canlı yayımda deyib.

“Qarabağda mülki əhali arasında kütləvi tələfat xəbərləri həqiqətə uyğun deyil. Düzgün məlumatlar rəsmi səviyyədə verilən məlumatlardır. Digər məlumatlar yanlışdır”, – deyə Paşinyan əlavə edib.

"Bizdə məlumat var ki, Stepanakert (Xankəndi) hava limanına 10 minə yaxın insan dəvət olunub, onlara deyiblər ki, siz Ermənistana köçəcəksiniz. Onların şəklini çəkiblər, lentə alıblar, sonra bildiriblər ki, Ermənistan sizə getməyə icazə vermir. Mənə aydındır ki, bu, Ermənistanda daxili siyasi sarsıntı və xaos yaratmaq üçün edilir”, – hökumətin başçısı bildirib.

“Ermənistanın Dağlıq Qarabağ vətəndaşlarının Ermənistana girişini qadağan etdiyi və ya əngəllədiyi barədə məlumatlar yayılıb. Bu məlumat həqiqətə uyğun deyil. Birincisi, demək istəyirəm ki, Laçın dəhlizi 10 aydır ki, bağlanıb, Ermənistan Respublikası ərazisində isə Laçın dəhlizinə gedən bütün yollar açıqdır. İkincisi, bu həftənin əvvəlində hökumət tərəfindən işçi qrup yaradılıb. Bu qrup Ermənistana müxtəlif ssenarilər nəticəsində gələ biləcək soydaşlarımızın problemlərinin həlli ilə məşğul olacaq”, – Paşinyan deyib.

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Oxşar xəbərlər