İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimir. Bunun fonunda ölkə hakimiyyəti komendant saatı tətbiq etməyi planlaşdırır. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az erməni nəşri “Johovurd”a istinadən məlumat verir.
"Ermənistandakı vəziyyətlə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyan komandası ilə komendant saatı tətbiq etmək qərarını müzakirə edib. Qeyd edək ki, İrəvanda 3 günə yaxındır ki, itaətsizlik nümayişləri davam edir və hakimiyyətdə çaxnaşma hökm sürür”, – deyə nəşr yazır.