Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən hamamın fəaliyyəti bərpa olunub. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların xidmət tərəfindən aradan qaldırıldığını nəzərə alaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.
Daha öncə məlum olub ki, FHN-in əməkdaşları tərəfindən hamamda aparılan yoxlama zamanı çoxsaylı nöqsanlar aşkarlanıb.