Bakıdan Pakistanın 3 şəhərinə aviareyslər açılır. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Milli aviadaşıyıcı Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri – Lahor və Kəraçiyə reyslər təşkil edəcək. Uçuşlar 20 sentyabr tarixindən etibarən start götürəcək.
İslamabada uçuşlar hər həftə çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək.