Pakistanın daha bir böyük şəhərinə birbaşa uçuşlar açılır. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Pakistanın Kəraçi şəhərinə uçuşlar həyata keçirəcək. Aviareyslərə 18 aprel tarixindən etibarən start veriləcək. Biletlər artıq satışdadır.
AZAL artıq Pakistanın İslamabad və Lahor şəhərlərinə uçuşlar gerçəkləşdirir.