Bakı Beynəlxalq Avtovağzalından bayram ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib, 92 min 925 sərnişin mənzil başına çatdırılıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Qeyd olunan rəqəmlər adi günlərlə müqayisədə 3 dəfə çoxdur. Bu, koronavirus pandemiyasından sonra avtovağzalın sərnişindaşımada rekord göstəricisidir.
Martın 15-indən 27-nə kimi respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.