Bakının “Park Bulvar” ticərət mərkəzində 27 oktyabr - 7 noyabr tarixlərində “Outlet Garage Günləri” təşkil olunacaq. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir “Park Bulvar” TM və Azerbaijan Fashion Retail Association (AFRA) tərəfindən təşkil olunur.
“Park Bulvar”a gələn müştərilər outlet günlərində məşhur brendlərin məhsullarını xüsusi endirim təklifləri ilə əldə edə biləcəklər.
Bu, satış mərkəzində artıq ikinci “outlet” aksiyasıdır. Analoji tədbir mart ayında da baş tutmuşdu.