Parlament seçkiləri irəli keçirilə bilər. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qanunvericiliyin tələbinə uyğun olaraq, 3 noyabr tarixində parlament seçkiləri keçirilməlidir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, COP29 səbəbindən seçkilərin irəli çəkiləcəyi müzakirə olunur
“COP-29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər. Qanunvericiliyin tələbinə görə, parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Bu günlərdə əməli addımların şahidi olacaqsınız”, - deyə o qeyd edib.