Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
8 yanvar tarixindən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.
Bu dəyişiklik sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə edilib.