top
Paytaxt Bakıdan hansı əraziyə köçürülə bilər? - AÇIQLAMA
03 oktyabr 2024, 03:44
- ↺ +

Paytaxt Bakıdan hansı əraziyə köçürülə bilər? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il ötən il Bakıda sıxlığın artdığı müşahidə olunur. Məlum olduğu kimi, universitetlərin, dövlət qurumlarının böyük əksəriyyəti paytaxtda yerləşir. Müxtəlif vaxtlarda universitetlərin, dövlət qurumlarının başqa şəhər və rayonlarda olması təklifi ilə yanaşı paytaxtın köçürülməsi məsələsi də qaldırılıb.

Bəs görəsən, paytaxt Qarabağa və ya başqa bir əraziyə köçürülə bilərmi?

Keçmiş deputat Tahir Kərimli "Unikal"a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərindən paytaxtın Bakıdan köçürülməsi məsələsi müzakirə olunurdu. Onun sözlərinə görə, zaman-zaman köçürülmə ilə bağlı təkliflər var idi:

"Paytaxtın Yevlaxa, Gəncəyə və s. əraziyə köçürülməsi təklifləri olub. Qarabağa köçürülməsi məsələsinə gəldikdə, təcrübəyə baxsaq, məsələn, paytaxtın Sankt-Peterburqdan Moskvaya, İstanbuldan Ankaraya və digərlərinin sərhəddən daha dərinə köçürülməsi olub. Yəni, paytaxt ölkənin dərinliklərində olsun ki, düşmən üçün əlçatan olmasın. Xankəndi istiqamətinə köçürülməsi hesab edirəm ki, paytaxtın düşmənə yaxınlaşdırılması olardı ki, bu, uyğun olmaz. Paytaxtın köçürülməsi böyük xərc tələb edir. Düşünürəm ki, Bakıda deyil, başqa ərazilərdə yerləşə biləcək universitetlərin, dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə məşğul olsaq, yaxşı olardı. Elə universitetlər var ki, paytaxta olması lazım deyil. Başqa dövlətlərdə böyük təcrübə var. Onlar şəhərlərin kənarında iri kampuslar yaradırlar. Ali məktəblərin yataqxanalarını və digər infrastrukturunu orada qururlar".

Eks-deputat qeyd edib ki, Bakıda zavodların sayı azalsa da, hələ fəaliyyətdə olanlar var: "Bunlar həm şəhərin ekologiyasına ziyandı, həm də narahatlıq törədir. Onların kənara köçürülməsi yaxşı olardı. Bu məsələ vaxtında həllini tapsa idi, Bakı və Abşeronda bu qədər tikinti olmasına ehtiyac qalmazdı. Paytaxt hədsiz dərəcədə tikinti bumu yaşayıb. Hamı qazanc əldə etmək üçün Bakıya gəlir. Bakının yükünün azaldılması məsələləri sistemli dövlət proqramları əsasında müzakirə olunmalıdır. Həmin halda bir işə nail olmaq olar. Həmçinin Ələt istiqamətində, Bakıya uzaq olmayan daha yaxın məsafədə yeni və çox baha başa gəlməyən paytaxt yaratmaq mümkündür".

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər