Binəqədi rayonunda yerləşən 217 nömrəli məktəbin direktoru şagird, valideyn və müəllim kollektivi qarşısında çıxışı zamanı etdiyi səhvə görə işdən çıxarılıb. Bu haqda Oxu.az 16 oktyabr tarixində xəbər verib.
Bənövşə Cəfərova, 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” dediyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də bu məlumatı təsdiqləyib.
Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.