Bakıda soyuq silahların satışına qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən təbdirlər nəticəsində Sabunçu, Qaradağ və Nizami rayonlarında yerləşən 4 mağazadan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Soyuq silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Saxlanılan şəxslər barəsində araşdırma aparılır.