AQTA qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində paytaxt marketlərində yoxlamalar keçirib. Bu haqda BakuPlus.az agentliyin mətbuat xidmətinə istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
Ötən gün paytaxt ərazisində keçirilən monitorinqlər zamanı 10 müəssisədə nöqsanlar müəyyən olunub.
Həmin müəssisələrin arasında Səbail rayonunda yerləşən “Richs”, Sabunçu rayonu üzrə “Grandmart”, “Ayxan”, “Real”, “Araz Bərəkət”, “Bərəkət”, “Ərzaq”, “Yeni Market”, “Can Ət”, “Kulinariya” və “Dondurma” mağazaları var.
Müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.