Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi 11 ünvanında yerləşən memarlıq əhəmiyyətli binada quraşdırılan havasorucu boru sökülüb. Bu haqda Qafqazinfo məlumat verib.
Evin sakinləri tarixi binanın fasadına boru çəkilməsi ilə bağlı narahatlıqlarını sosial şəbəkələrdə dilə gətiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları tərəfidən araşdırma aparılıb, boru sökülüb. Binanın fasada əvvəlki vəziyyətə qaytarılıb.
Müvafiq qurumlara həmin əraziyə nəzarəti gücləndirmək tapşırılıb.