Bakıda 10 manatlıq əsginas 100 manata satılır. Bu haqda 17 fevral tarixində Lent.az məlumat verib.
Paytaxt sakini olan bir nəfər 10 manatlıq əsginasın üzərindəki seriya nömrəsinin “A10001001” olması səbəbindən onu satışa çıxarıb. O, həmin əsginası 100 manata satır.
Sosial şəbəkədə yayılan elan izləyicilərin marağına və müzakirələrə səbəb olub.