Paytaxtda bir sıra avtobusların hərəkət sxemi dəyişdirilib.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu gündən 8 Noyabr prospektində təmir işləri başlanılıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıl.
Bu səbəbdən 12, 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Gəncə prospekti, Ceyhun Həsənov, Cavanşir və Ramiz Quliyev küçələri ilə təşkil ediləcək.