Bakıda Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi binalarda satışa çıxarılan 500 mənzil 4 saniyəyə satılıb. Bu haqda BakuPlus.az bu gün, 30 mart tarixində xəbər verir.
Güzəştli şərtlərlə ev almaq istəyən şəxslər MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) satışa çıxardığı 500 mənzilin cəmi 4 saniyə içində "yoxa çıxdığını" bildirirlər.
Deyilənə görə, artıq 5-ci saniyədə ev seçimi bloklanıb. Hətta 6-9 saniyə içində seçimi edənlər də ev sahibi ola bilməyib.