Bu gün, 2 oktyabr tarixində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır. Bu haqda Bakuplus.az məlumat verir.
Azərbaycanın Kosmik Agentliyi ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyası tərəfindən təşkil olunan konqresə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq.
Sərgi pavilyonlarında 150 şirkət təmsil olunur.
Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq. Tədbir oktyabrın 6-na qədər davam edəcək.