Bakıda COP29 çərçivəsində biznes-forum keçiriləcək. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda baş tutan Azərbaycan – Latviya biznes-forumunda bildirib ki, tədbir mayın 17-də baş tutacaq.
Onun sözlərinə görə, forumda əhəmiyyətli mövzular müzakirə ediləcək. Həmçinin o, forumda Latviyadan olan tərəfdaşları görməyə şad olacağını qeyd edib.