Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə iyunun 13-14-də “Fintex Summit 2023” adlı maliyyə və texnologiya sərgisi keçiriləcək. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az ABA-ya isitnadən məlumat verir.
Tədbir “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr olunacaq.
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan olunacaq və bununla bağlı müxtəlif tədbirlər (görüşlər, vebinarlar, müsabiqələr və s.) keçiriləcək.