Şənbə günü, iyunun 22-də Bakıda genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinə istinadən məlumat verir.
İməcilik zamanı sanitar təmizlik işləri ilə yanaşı, yaşıllıqlara da qulluq göstəriləcək.
İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, həmçinin özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.