Xəzər rayonu Türkan qəsəbəsində quldurluq hadisəsi baş verib. Bu haqda Report bu gün, 2 oktyabr məlumat verib.
Qəsəbədə yerləşən istixanadan 8000 manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlığı oğurlanıb. Polis əməkdaşlarının reçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi araşdrma aparır.