Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində yolda aparılan təmir səbəbindən avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
14:02 - Paytaxtda körpülərin birində hərəkət məhdudlaşdırılıb: sıxlıaq yaranıb
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılması göstərilib.