Avqustun 21-nə olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 24,072 uşaq qeydiyyatdan keçib.
Bakuplus.az xəbər verir ki, bunlardan 21,079 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, valideynlər “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər. Məktəb və müəllim seçimi Azərbaycan bölməsi üçün 16 iyul, digər dillərdə tədris olunan bölmələr üçün isə 18 iyul tarixindən aktiv edilib.
Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşını tamamlayan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilir. Bu qrupların yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəbə hazırlığını artırmaq, psixoloji dayanıqlılığını gücləndirmək və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.