Bakıda oktyabrın 23-də məşqçilərin ümumrespublika seminarı keçiriləcək. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirdə 500-ə yaxın məşqçi iştirak edəcək. Seminarın keçiriliməsinin səbəbi mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, yarışlar zamanı davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır.
Əlavə olaraq idman tədbiri respublikanın Gəncə, Göyçay, Sabirabad, Xırdalan, Naxçıvan şəhərlərində Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə baş tutacaq.