“Port Bazar”da oktyabrın 24-25-də qəhvə dequstasiyası olacaq. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“SENSUM Speciality Coffee” adlı tədbirdə saat 13:00-14:00-da peşəkar mütəxəssislər tərəfindən “Ev şəraitində qəhvə dəmləmə” üzrə master-klas baş tutacaq. Əlavə olaraq tədbirdə müsabiqədə iştirak edərək qəhvə dəmləmə dəstini qazanmaq mümkün olacaq.
Dequstasiyada və master-klasda iştirak ödənişsizdir. Ünvan: Üzeyir Hacıbəyov, 151.