Bakı şəhəri, Nərimanov prospektində ağacəkçə aksiyası təşkil olunub. Bu baradə Real Tv reportaj hazırlayıb.
Ağaclar səhər saatlarında əraziyə gətirilib. Yaşıllıq Təsərrüfat Birliyinin əməkdaşları da tədbirə cəlb olunub. Daha öncə həmin ərazi tullantılardan təmizlənib.
Nərimanov rayon icra başçısının birinci müavini Yusif Sadıqovun sözlərinə görə, bu gün 400 ağac, belə ki, şam ağacları, çinarlar əkilib. Bu işlər müvafiq olaraq payız mövsumunda mütəmadi olaraq davam etdiriləcək.
Ötən gün, Bakıda və Abşeronda IDEA İctimai Birliyi "Yaşıl Marafon" kampaniyası keçirmişdir.